Avropa İttifaqı Slovakiyaya Rusiya neftindən istifadə etməyə icazə verən yeni anti-Rusiya sanksiyalar paketində istisnanı saxlayıb.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ölkənin baş naziri Robert Fiko bildirib.
Onun sözlərinə görə, bu istisna Slovakiya üçün son dərəcə vacibdir. Fiko qeyd edib ki, respublika daha bir il Rusiya neftindən istifadə edə biləcək.
“Mən bütün sanksiyalar paketinin yoxlanılmasına icazə verdim, nazirliklərdən keçdi. Departamentlər iqtisadiyyatımıza heç bir mənfi təsir görmədiklərini bildirdilər”, - Fiko əlavə edib.
QAZİLER.AZ