Rusiya Ədliyyə Nazirliyi aktyor Anatoli Belı (Vaysman) xarici agent kimi tanıyıb.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilir.
İdarədən verilən məlumata görə, aktyor qeyri-məhdud sayda insan üçün xarici agentlərin mesaj və materiallarının yaradılmasında iştirak edib. Bundan əlavə, o, Ukraynada xüsusi hərbi əməliyyata qarşı çıxıb və Rusiya Federasiyasının dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasət haqqında yalan məlumatlar yayıb.
Ədliyyə Nazirliyindən verilən məlumata görə, Vaysman həmçinin xarici strukturlar tərəfindən təqdim olunan informasiya platformalarında respondent kimi iştirak edib, həmçinin təşkilatçı qismində çıxış edib və Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün vəsait toplama tədbirlərində iştirak edib.
QAZİLER.AZ