Patriarx Kirill Ukraynada axtarışa verilib

Patriarx Kirill Ukraynada  axtarışa verilib backend

Ukrayna Daxili İşlər Nazirliyi Moskva və bütün Rusiyanın Patriarxı Kirilin məhkəmə öncəsi istintaqdan gizləndiyini açıqlayıb. İdarənin məlumat bazasına əsasən, Rus Pravoslav Kilsəsinin primatı axtarışa verilib.

Qaziler.az xəbər verir ki, məlumatı “RİA Novosti” Ukrayna Daxili İşlər Nazirliyinə istinadla yayıb.

Nəşrin yazdığına görə, Patriarx Kirill Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən axtarışa verilib. O, noyabrın 11-dən axtarışdadır, kartdakı məlumatlar dekabrın 15-də yenilənib. Məlumat bazasında göstərilən qabaqlayıcı tədbir həbsdir. Rus Pravoslav Kilsəsinin Primatının fotoşəkilinin yanında onun adı göstərilib - Vladimir Qundyaev.

Noyabrın əvvəlində Ukrayna DİN Patriarx Kirili bir neçə cinayət əməli ilə ittiham etdi. Departamentdən bildirilib ki, Moskva Patriarxı Rusiyanın ali hərbi-siyasi rəhbərliyinin yaxın çevrəsinin bir hissəsidir və xüsusi hərbi əməliyyatı açıq şəkildə dəstəkləyən ilk şəxslərdən biridir.

QAZİLER.AZ

Diaspora