Rusiyanın Sverdlovsk vilayətinin Krasnoufimsk şəhərində valideynlər yolka ağacının oyuncaqları və işıqlarına görə bu gün bir yaşı tamam olacaq oğlunu itiriblər.
Bu barədə Baza öz Telegram kanalında məlumat yayıb.
Nəşrin məlumatına görə, Uralda faciə dekabrın 14-də baş verib. Anası ev işləri görərkən oğlan öz otağında oynayırmış. Həmin gün uşağın atası işdə olub. Uşağın diqqətini müxtəlif rənglərdə parıldayan parlaq işıqlar cəlb edib. Uşaq məftilə əlini uzadıb, təsadüfən onu "rozetka"dan çıxarıb və onu cərəyan vurub, yıxılıb.
Ana uşağı artıq huşsuz vəziyyətdə tapıb. Gələn həkimlər onu xilas edə bilməyiblər.
QAZİLER.AZ