Britaniya hökuməti bu gün, dekabrın 15-də Rusiyanın Novikombankına qarşı məhdudiyyətlər tətbiq etmək qərarına gəlib.
Qaziler.az xəbər verir ki, bu barədə Britaniya Maliyyə Sanksiyaları İdarəsindən bildirilib.
Qeyd olunur ki, "Novikombank" kommersiya bankın aktivləri dondurulur və müxbir bank əməliyyatlarına qadağa qoyulur.
Bunun səbəbi maliyyə xidmətləri sektorunda biznes qurmaqla Rusiya hökumətindən faydalanmaq və ona dəstək olmaq idi.
Britaniya bunun Rusiya üçün strateji əhəmiyyət daşıdığını qeyd edib.
QAZİLER.AZ