Polşa-Ukrayna sərhədindəki Qrebennoye – Rava-Russkaya keçid məntəqəsi yaxınlığında Polşa dövlət nömrə nişanlı avtomobil üç ukraynalı sürücünü vurub.
Qaziler.az bildirir ki, bu barədə dekabrın 15-də Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oleq Nikolenko məlumat verib.
“Dekabrın 14-də Polşa-Ukrayna sərhədində üç ukraynalı sürücü ilə toqquşma olub. Ukrayna konsulu dərhal qəza yerinə gedib”, - Nikolenko “Ukrayinska Pravda” nəşrinə bildirib.
"Ukrayna.ru" internet nəşrinin yazdığına görə, polşalı sürücünün hərəkətlərinə keçid məntəqəsində işin bərpası ilə bağlı münaqişə səbəb olub.
Nikolenko əlavə edib ki, Ukrayna vətəndaşları yüngül xəsarətlər alıb və onlara dərhal tibbi yardım göstərilib. Bundan sonra onlar Ukrayna ərazisinə daxil ola biliblər. Sürücü polis tərəfindən saxlanılıb.
Diplomatın sözlərinə görə, vəziyyət Ukrayna konsulluğunun nəzarətindədir və toqquşmanı törədən sürücü polis tərəfindən saxlanılıb.
QAZİLER.AZ