Danimarkada terrorda şübhəli bilinən şəxslərin həbsindən sonra daha 4 nəfər axtarılır

Danimarkada terrorda şübhəli bilinən şəxslərin həbsindən sonra daha 4 nəfər axtarılır backend

Danimarka cümə günü terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfəri nəzarətə götürüb, polis daha dörd şübhəlini axtarır.

Qaziler.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.

Danimarka polisi bu işdə şübhəli bilinən üç şəxsi saxlayıb, onlardan biri daha sonra sərbəst buraxılıb.

Məhkəmə, axtarışda olan dörd şübhəlinin "qiyabi olaraq" nəzarətə alındığına qərar verib, Kopenhagen polis prokurorluğu, tapıldığı təqdirdə onların effektiv şəkildə nəzarətə alına biləcəyini ifadə edib.

Almaniya, Danimarka və Hollandiyada dörd şübhəli HƏMAS üzvü də daxil olmaqla yeddi nəfər Avropadakı yəhudi institutlarına hücum planlaşdırmaqda şübhəli bilinərək həbs edilib.

Bu üç ölkədəki həbslər arasında əlaqənin olub-olmadığı hələlik məlum deyil.

QAZİLER.AZ

Diaspora