Türkiyə hərbçilərinin “Kahramanlar-32” əməliyyatında zərərsizləşdirilən terrorçunun terror təşkilatı PKK-nın lideri Murat Karayılanın mühafizəçisi olan Yunus Aras olduğu müəyyən edilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu ölkənin daxili işlər naziri Yerlikaya sosial media hesabındakı paylaşımında, Jandarma Baş Komandanlığı Kəşfiyyat Müdirliyinin koordinasiyasında Mardinin Dargeçit rayonunun Alayurt mahalında Mardin vilayət Jandarma Komandanlığı tərəfindən təqib edilən 2 terrorçunun öldürüldüyünü xatırladıb. O, dekabrın 4-də keçirilən "Kahramanlar-32" əməliyyatında zərərsizləşdirilib.
DNT testi nəticəsində zərərsizləşdirilən terrorçulardan birinin Herekol Hezex kod adlı Yunus Aras olduğunu qeyd edən Yerlikaya, terrorçunun 2019-cu ildə İraqın şimalında PKK-nın liderlərindən Murat Karayılanın mühafizəçisi olduğunun müəyyən edildiyini bildirib.
Nazir Yerlikaya paylaşımına terrorçu Yunus Arasın da qatıldığı terror aktlarında şəhid olan təhlükəsizlik qüvvələrinin fotoşəkilləri və jandarma əməliyyatlarından görüntülərin yer aldığı videonu da əlavə edib.
QAZİLER,AZ