HƏMAS-ın İsrailin cənubunda qaçırdığı üç girovun cəsədi Qəzzada tapılıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə dekabrın 15-də “Globs” qəzeti məlumat yayıb.
“Bu gün səhər, cümə günü məlum olub ki, oğurlanmış 28 yaşlı Elia Toledanonun cəsədi İsrail ordusu tərəfindən Qəzza zolağından İsrail dövlətinin ərazisinə çatdırılıb”, - deyə İDF bildirib.
19 yaşlı kapral Nik Beyser və çavuş Ron Şermanın cəsədlərinin də tapıldığı bildirilib.
Həlak olanların ailələrinə tibb işçiləri və hərbi ravvinlər tərəfindən həyata keçirilən şəxsiyyətin müəyyən edilməsi prosedurundan sonra onların ölümləri barədə məlumat verilib.
QAZİLER.AZ