Almaniya kansleri Olaf Şolts Ukraynanın Aİ-yə üzvlüyünün müzakirə edildiyi Brüsseldə keçirilən Avropa İttifaqı sammitində Macarıstanın baş naziri Viktor Orbana müzakirələr dalana dirəndiyi zaman otağı tərk edib kofe içməyi təklif edib.
Qaziler.az bildirir ki, bu barədə dekabrın 15-də “Politico” yazıb.
Qəzet Şolts-dan sitat gətirir: "Bəlkə qəhvəni götürüb otaqdan kənarda içəsiz".
Almaniya kansleri həmkarlarının iştirakı ilə Orbana deyib ki, əgər o, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasına razılıq vermək istəmirsə, o zaman bir müddət otağı tərk etməlidir.
“Politico”nun həmsöhbətlərindən biri qeyd edib ki, Macarıstan liderinin səsvermə zamanı zalda olmaması əvvəllər onunla “konstruktiv şəkildə” razılaşdırılıb. Orbanın iştirak etməməsi Ukrayna məsələsində yekdil qərar qəbul etməyə imkan verib. Nəşrin fikrincə, liderlərdən biri olmadan səsvermə Aİ qaydalarını pozmur.
Qəzet yazır ki, Şoltsun yekdil qərar qəbul etmək üçün AB liderlərindən birinin otağı tərk etməsi lazım olduğu fikri qeyri-adidir.
QAZİLER.AZ