Latviya casusluğa görə cəzanı ömürlük həbsə qədər sərtləşdirir

Latviya casusluğa görə cəzanı ömürlük həbsə qədər sərtləşdirir backend

Latviya Seymi (parlamenti) dövlət əleyhinə fəaliyyətə, onları həyata keçirmək məqsədilə mütəşəkkil qruplaşmaya qoşulmağa, bu işdə xarici dövlətə yardım etməyə, habelə casusluğa görə ömürlük həbsə qədər cəzanı sərtləşdirib.

Qaziler.az bu barədə TASS-a istinadən xəbər verir.

“Cinayət qanunvericiliyində olan tənzimləmə mövcud təhlükəyə adekvat olmalı, dövlət və ictimai maraqlara potensial zərərlə müqayisədə qeyri-mütənasib dərəcədə zəif olmamalıdır”, – Baltikyanı respublikanın qanunvericilik assambleyasının saytında dərc olunan məlumatda deyilir.

Casusluğa görə cəzalar mümkün cərimə və əmlak müsadirəsi ilə minimum bir il həbs müddəti ilə sərtləşdirilir. Hərəkətlər mütəşəkkil dəstədə törədildikdə, əmlakı müsadirə olunmaqla və ya edilməməklə 8 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulur. Maksimum cəza ömürlük həbs ola bilər.

QAZİLER.AZ

Diaspora