Yaponiya, Böyük Britaniya və İtaliyanın müdafiə nazirləri yeni və təkmilləşdirilmiş qırıcı təyyarənin hazırlanması üzrə birgə təşkilatın yaradılması haqqında saziş imzalayıblar.
Qaziler.az bildirir ki, bu barədə "Associated Press" xəbər verir.
Qeyd olunur ki, bu ölkələr Çin, Rusiya və Şimali Koreyadan artan təhlükələr fonunda əməkdaşlığı gücləndirməyə çalışırlar.
Keçən il üç ölkə 2035-ci ildə istifadəyə veriləcək yeni döyüş təyyarəsi istehsal etmək üçün fərdi planları (Yaponiyanın "Mitsubishi FX"-i ABŞ-ın F-2-ni əvəz edəcək) birləşdirməyə razılaşıb.
Ordusunu sürətlə inkişaf etdirən Yaponiya İngiltərənin Hind-Sakit okean regionunda daha çox iştirakını alqışlayaraq Çinin artan hücumuna qarşı daha yaxşı mövqe tutacağına ümid edir.
Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps bildirib ki, yeni qırıcının hazırlanması kollektiv təhlükəsizliyi gücləndirəcək, çünki Avropadan Hind-Sakit Okean regionuna qədər risklər və problemlər hamıya aydındır.
QAZİLER.AZ