Norveçdə casusluqda ittiham olunan, Braziliyadan gəldiyi iddia edilən şəxsin Rusiya vətəndaşlığı barədə məlumatı yoxdur.
Qaziler.az bildirir ki, bu barədə Rusiya səfirliyindən bildiriblər.
“Səfirliyin konsulluq şöbəsində Xose Assis Cammariyanın Rusiya vətəndaşlığı ilə bağlı heç bir məlumat yoxdur”, - məlumatda deyilir.
Səfirlikdən onu da qeyd ediblər ki, bu səbəbdən ona konsulluq yardımı göstərilmir.
Qeyd edək ki, 2022-ci ildə Norveçdə casusluqda şübhəli bilinərək saxlanılan şəxs bir müddət əvvəl Rusiya vətəndaşı olduğunu bildirmiş və özünü Mixail Mikuşin adlandırmışdı. Eyni zamanda, o, daha əvvəl adının Xose Assis Camaria olduğunu və Braziliyadan gəldiyini deyib.
Xatırladaq ki, saxlanılan şəxs həbsdədir. Şübhəlinin əsl adı ilə ilk qeydiyyatı 2023-cü il dekabrın 6-da Oslo Rayon Məhkəməsində keçirilən iclasdan əvvəl baş verib.
QAZİLER.AZ