Bir müddət əvvəl sinoptiklər Avropada dekabrın soyuması səbəbindən turistləri xoşagəlməz sürprizlərə hazır olmağa çağırmışdılar. Çünki bu il qitə bir neçə ildən sonra ilk dəfə qışı qarla qarşılayıb. Lakin bu vəziyyət bütün Avropada müşahidə olunmur.
Qaziler.az-ın məlumatına görə UNİAN “The Independent”ə istinadla yazır ki, bu yaxınlarda İspaniyada dekabr ayında rekord həddə çatan yüksək temperatur qeydə alınıb – 30°C. Beləliklə, dekabrın 12-si çərşənbə axşamına qədər üç gün ərzində Malaqada temperatur 29,9°C, Valensiyada isə 27°C-yə çatıb.
Meteoroloqlar qlobal istiləşmə nəticəsində bu tendensiyanın gələcəkdə də davam edəcəyi ehtimalı ilə bağlı xəbərdarlıq ediblər.
QAZİLER.AZ