Rusiya prezidenti Vladimir Putin yumurtanın qiymətinin artmasını tələbatın artması ilə, həmçinin bu məhsulun kifayət qədər istehsal olunmaması ilə bağlı olduğunu bildirib.
Qaziler.az bu barədə “Nyus.ru”ya istinadla bildirir.
Putinin sözlərinə görə, yumurtanın qiyməti ilə bağlı mövcud vəziyyət hökumətin işindəki uğursuzluğun nəticəsidir. O buna görə ruslardan üzr istəyib və bildirib ki, yumurtanın bahalaşması ilə bağlı nazirlə telefonla danışıb:
“Bu yaxınlarda mən kənd təsərrüfatı naziri ilə danışdım və soruşdum ki, yumurtalar necədir? Deyir ki, hər şey yaxşıdır. Mən isə ona dedim ki, vətəndaşlarımızın problemləri var. Bu baxımdan üzr istəyirəm. Bu, hökumətin işində uğursuzluqdur”, - deyə prezident bildirib.
QAZİLER.AZ