Rusiyanın paytaxtı Moskvada Rusiya Prezidenti Vladimir Putinin vətəndaşlarla “birbaşa xətt” və jurnalistlər ilə geniş mətbuat konfransı başlayıb.
“Report” xəbər verir ki, bu tədbir “İlin nəticələri” adlandırılıb.
Qeyd edək ki, zalda federal və regional Rusiya KİV-lərinin nümayəndələri, habelə Rusiya Federasiyasında akkreditə olunmuş xarici jurnalistlər iştirak edirlər.
Bu formatda geniş mətbuat konfransı və “birbaşa xətt” bu vaxta qədər yalnız bir dəfə - 2020-ci ildə keçirilib.