ABŞ elmi tədqiqat və kommersiya məqsədilə xüsusi şəhər tikəcək

ABŞ elmi tədqiqat və kommersiya məqsədilə xüsusi şəhər tikəcək backend

ABŞ-ın Nyu-Meksiko ştatının ərazisində, səhralıqda daimi sakinlərin və məskunlaşmanın olmayacağı xüsusi şəhər inşa olunacaq.


İKT.lent.az-ın məlumata görə, 40 min kvadrat metrlik sahədə qurulacaq və 35 min nəfərin çalışacağı şəhər sürücüsüz avtomobillərin sınaqlarından tutmuş təbii fəlakətlərin imitasiyasına qədər, elmi tədqiqat və kommersiya məqsədli təcrübələr üçün istifadə olunacaq. Layihəni hazırlayan şirkətin adı ilə SİTE adlanacaq boş şəhərin inşası gələn il başlayacaq və 2018-ci ildə başa çatacaq. “Pegasus Global Holdings” layihəyə 1 milyard dollar yatırım qoyacaq.

“Burada elə bir mühit olacaq ki, yeni məhsullar, texnoloji qərarlar və xidmətlərin sınağı və nümayişi həyata keçirilə biləcək. Amerika tədqiqatlara milyardlarla dollar sərf edir və kommersiya layihələrindən sadəcə 2-3% gəlir əldə edir. Bizim obyekt bu faydanı genişləndirmək və artırmağa kömək edəcək”, - deyə layihənin icraçı direktoru Robert Bramli söyləyib.
Diaspora