“Evdə Tək” və “Terminator 2” ABŞ-ın mədəni irsi kimi tanınıb

“Evdə Tək” və “Terminator 2” ABŞ-ın mədəni irsi kimi tanınıb backend

ABŞ-nin Konqres Kitabxanası Milli Film Reyestrinə daxil ediləcək 25 filmdən ibarət illik siyahısını açıqlayıb.

Qaziler.az “Rambler.ru”ya istinadla bildirir ki, hər il ABŞ-ın milli kino irsini qorumaq üçün filmlər mədəni, tarixi və ya estetik əhəmiyyətinə görə seçilir.

Builki siyahıya Ron Hovardın kosmik dramı “Apollon 13”, ailə klassikləri “Evdə tək” və “Xanım və Tramp”, Anq Linin “Toy ziyafəti”, Ceyms Kemeronun “Terminator 2: Qiyamət günü” və “Məhəbbət və Basketbol” və “McQueen-in 12 illik köləliyi” filmləri daxil edilib.

Konqres kitabxanaçısı Karla Hayden qeyd edib ki, bu seçim film istehsalı və kinonun bütün dünyada təsirini əks etdirən 1921-ci ildə Kodak tərəfindən çəkilmiş Filmlandda Kino Səfəri ( A Movie Trip Through Filmland) adlı filmindən başlayaraq, 100 ildən çox kino tarixini əhatə edir. Reyestrdə ümumilikdə 875 film var.

QAZİLER.AZ

Diaspora