Çeçenistan Respublikasının lideri Ramzan Kadırov onu artıq çəkiyə görə tənqid edən blogerlərə cavab verib.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, onun sözlərini “Çeçnya Sevodnya” yayıb.
“Ölkədən kənarda yaşayan blogerlər yazır ki, mən çox kökəlmişəm və arıqlamalıyam. Yəqin ki, ürəklərində məni sevirlər və buna görə də mənim üçün narahatdırlar. Onlar öz daxili səslərinə qulaq asmağa və bu fikirləri yüksək səslə səsləndirməyə məcburdurlar”, - Kadırov bildirib.
Dekabrın 13-də Kadırov canlı yayımda həyatı, gözəl qadınları və gözəl geyinməyi sevdiyini deyib.
QAZİLER.AZ