"Çeçenistan hərbçiləri Rusiyaya tabedir" - Kadırov

"Çeçenistan hərbçiləri Rusiyaya tabedir" - Kadırov backend

“Çeçenistan qismən səfərbərlik planını 1500% yerinə yetirib. Çeçenistan hərbi qulluqçuları Müdafiə Nazirliyi və Milli Qvardiyanın komandanlığı altında alay və batalyonlarda xidmət edirlər”.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu sözləri Çeçenistan lideri Ramzan Kadırov teleqram kanalında birbaşa yayım zamanı bildirib. O, Çeçenistan sakinlərini Ali Baş Komandanın qarşıya qoyduğu vəzifəni yerinə yetirən əsl vətənpərvər adlandırıb.

"Son zamanlar Rusiya cəmiyyəti bizimlə olub. Onlar başa düşdülər ki, biz Rusiya vətəndaşıyıq, vətənpərvərik. Səfərbərlik planını 1500 faiz yerinə yetirmişik. Əgər başqa bölgələr hələ də könüllüləri cəlb etməlidirlərsə, biz bunu etmişik. Bu batalyonlar, alaylar mənim tabeliyimdə deyil, onlar Müdafiə Nazirliyinə, Rusiya Qvardiyasına tabedirlər”, - Kadırov bildirib.

QAZİLER.AZ

Diaspora