Bu gün səhər İranın Kürdüstan əyalətinin Saqqız şəhərinin Tumarqamış kəndi yaxınlığında pilotsuz təyyarə qəzaya uğrayıb. Trend-in məlumatına görə, bu barədə İranın kurdpress xəbər saytı məlumat yayıb.
Saqqız şəhər başçısı Əli Əkbər Vərməqani Saqqız şəhəri ərazisində pilotsuz təyyarənin düşməsi xəbərini təsdiqləyib və bildirib ki, pilotsuz təyyarənin qalıqları hadisə yerində tapılıb: “Təhlükəsizlik qüvvələri pilotsuz təyyarənin qalıqlarını Saqqız şəhər hərbi hissəsinə aparıblar və araşdırma aparılır”
O, pilotsuz təyyarənin İrana məxsus olduğunu bildirib.
İranın bəzi xəbər saytları pilotsuz təyyarənin partladığını və hadisə baş verən zaman daha iki təyyarəinin həmin ərazidə olduğunu yazıblar.