Bu gün səhər saatlarında Rusiya təhlükəsizlik qüvvələri Krımın Kirov rayonunun Privetnoye kəndində İmam İsmayıl Yurdamovun evində axtarış aparıb. Bundan sonra həmin şəxs saxlanılaraq polis bölməsinə aparılıb.
Bu barədə RBC-Ukrayna "Krım. Reallıqlar"a istinadən xəbər verir.
Saxlanılan imamın qızı Gülsüm Yurdamovun sözlərinə görə, təhlükəsizlik qüvvələri axtarışın səbəblərini açıqlamaqdan imtina edib, bundan sonra bütün ailə üzvlərinin mobil telefonları götürülüb.
Saxlanılan şəxsin həyat yoldaşının xərçəng xəstəliyindən əziyyət çəkdiyi qeyd edilir.
QAZİLER.AZ