Ukrayna-Polşa sərhədində Yaqodin-Doroqusk keçid məntəqəsində nəqliyyatın stabil hərəkəti bərpa edilib. Eyni zamanda etiraz edən daşıyıcılar bunun qarşısını almağa çalışıblar.
Qaziler.az bildirir ki, bu barədə Ukraynanın icmaların, ərazilərin və infrastrukturun inkişafı üzrə baş nazirinin birinci müavini Aleksandr Kubrakov “Twitter”də (X) məlumat verib.
“Bu müddət ərzində etirazçılar nəqliyyatın hərəkətinə fiziki maneçilik törətməyə çalışsalar da, yerli hakimiyyət orqanları sayəsində nəqliyyatın dayanıqlığı bərpa edilib”, - nazir vurğulayıb.
Kubrakov dəqiqləşdirib ki, dünəndən bəri 350-dən çox yük maşını Ukraynaya, 200-dən çox yük maşını isə Polşaya daxil olub.
QAZİLER.AZ