Finlandiya Rusiya ilə sərhəddə iki keçid məntəqəsini açır

Finlandiya Rusiya ilə sərhəddə iki keçid məntəqəsini açır backend

Finlandiya dekabrın 14-dən bir ay müddətinə Rusiya ilə sərhəddə iki keçid məntəqəsini açacaq.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, söhbət “Vaalimaa” və “Niirala” nöqtələrindən gedir. Daşıyıcılar artıq Sankt-Peterburqdan Helsinkiyə və əks istiqamətdə avtobus reyslərinin bərpa olunduğunu elan ediblər. Eyni zamanda Finlandiya hakimiyyəti xəbərdarlıq edir ki, miqrantlar kütləvi şəkildə onlara gəlməyə davam edərsə, keçid məntəqəsini yenidən bağlayacaqlar.

Finlandiyanın baş naziri Petteri Orpo bildirib ki, Helsinki Rusiya ilə sərhəddə miqrant axını səbəbindən işi dayandırılmış iki keçid məntəqəsi açacaq.

Söhbət “Vaalimaa” (“Rusiya tərəfindəki Torfyanovka”) və “Niirala” (“Vyartsilya”) keçid məntəqələrindən gedir. Dekabrın 14-dən 2024-cü il yanvarın 14-nə kimi onlar nəqliyyatın hərəkəti üçün açılacaq. Orponun vurğuladığı kimi, qərar “nəyinsə yaxşılığa doğru dəyişdiyini” yoxlamaq üçün “vəziyyəti diqqətlə nəzərdən keçirdikdən sonra” qəbul edilib.

Eyni zamanda, Finlandiya hakimiyyəti məhdudiyyətləri tez bir zamanda qaytarmağa hazırdır.

QAZİLER.AZ

Diaspora