Daha 22 Rusiya vətəndaşı və onların ailə üzvləri Qəzza zolağının Misirlə sərhədindəki "Rəfah" keçid məntəqəsini keçiblər.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi dekabrın 12-də bildirib.
“Bu gün daha 22 nəfər "Rəfah" keçid məntəqəsini keçib. İndi təxliyə edilmiş ruslar və onların ailə üzvləri avtobusla Qahirəyə gedirlər”, - deyə idarənin Telegram kanalında yaydığı bəyanatda deyilir.
Qeyd olunur ki, operativ qərargahda gələnlərə rusiyalı xilasedicilər, psixoloqlar və həkimlər tərəfindən hərtərəfli yardım göstəriləcək.
QAZİLER.AZ