Qəzza zolağında İsrailin davam edən hərbi əməliyyatları fonunda Fələstinin HƏMAS radikal hərəkatının rəhbərliyindən yerli narazılıqlar artır.
Qaziler.az “Lenta.ru”ya istinadla bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Narazılıq nümunəsi kimi jurnalistlər özünü HƏMAS hökumətinin keçmiş rabitə və tikinti naziri Yusuf Mahmud Həməd əl-Mansi kimi təqdim edən şəxsin videosunu göstərir. O, təşkilatın lideri Yəhya Sinvarın Qəzza zolağındakı dağıntılara görə İsraili günahlandıran videosunu şərh edib və əslində Sinvarın məsuliyyət daşıdığını bildirib.
Nəşr həmçinin Qəzza sakinlərinin nəşrlərinə və telefon müsahibələrinə istinad edir ki, fələstinlilər ərazidəki fəlakətli humanitar vəziyyətə görə hərəkatın rəhbərliyini günahlandırırlar.
QAZİLER.AZ