Marsa göndəriləcək gəminin qoruyucu ekranı uğurla sınaqdan keçirildi

Marsa göndəriləcək gəminin qoruyucu ekranı uğurla sınaqdan keçirildi backend

NASA Marsa göndərəcəyi pilot missiyaları üçün nəzərdə tutulan qoruyucu ekranın (Adaptive Deployable Entry and Placement Technology - ADEPT) sınaqlarını uğurla yekunlaşdırıb.

İKT.lent.az-ın xəbərinə görə, bu barədə NASA-nın saytında məlumat verilib.

Sınaqlar Eyms Tədqiqat Mərkəzində (Ames Research Center) keçirilib. ADEPT tərkibində karbon olan və çətir kimi açılaraq gəminin korpusunu ifrat istidən qoruyan materialdır. Sınaqlar zamanı Mars atmosferinə giriş zamanı yaranan şərait canlandırılıb. Bu məqsədlə ekrana qaynar hava axınları yönəldilib, nəticədə ADEPT-in səthi 1700 dərəcə hərarətə qədər qızıb.

Alimlər ADEPT ekranının birləşdirici yerlərinin deqradasiya səviyyəsini, eləcə də qaynar hava təzyiqinə məruz qalan materialın ümumi vəziyyətini qiymətləndirmək istəyirlər.

Qeyd edək ki, ABŞ 2030-cu illərdə Qırmızı planetə missiya göndərməyə hazırlaşır. Bunun üçün “Orion” gəmisindən istifadə ediləcək. Bu gəminin yaradılması üzərində məşhur “Lockheed Martin” şirkəti çalışır. Gəmini orbitə “Boeing”in hazırlayacağı SLS (Space Launch System) ağır raketi aparmalıdır.
Diaspora