Rusiya Federasiyasının İrandakı keçmiş baş konsulu Konstantin Alekseyevin Moskvada meyiti tapılıb.
Qaziler.az xəbər verir ki, məlumatı SHOT “Telegram” kanalı yayıb. Kanalın sözlərinə görə, ekspertlər diplomatın ölüm səbəbini müəyyənləşdirirlər.
Mənbənin kanala verdiyi məlumata görə, Alekseyevin cəsədini həyat yoldaşı Veernaya küçəsindəki evdə aşkar edib. Ölüm hadisəsi ilə bağlı digər təfərrüatlar verilməyib.
Rusiya Xarici İşlər Nazirliyinin saytında verilən məlumata görə, Alekseyev 2015-2019-cu illərdə İranda baş konsul vəzifəsində çalışıb. Bundan əvvəl o, Rusiyanın İrandakı səfirliyində səfirin müşaviri vəzifəsində çalışıb. 2011-ci ildən ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə malikdir.
QAZİLER.AZ