Mahmud Abbasın Rusiyaya səfər tarixi ilə bağlı açıqlama

Mahmud Abbasın Rusiyaya səfər tarixi ilə bağlı açıqlama backend

Fələstin Prezidenti Mahmud Abbasın Rusiyaya səfərinin yeni tarixinin müəyyənləşdirilməsi ilə bağlı tərəflər arasında razılıq əldə edilib.

TASS xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl jurnalistlərə açıqlamasında bildirib.

“Mahmud Abbas Moskvaya səfərə həmişə şaddır. Ancaq vəziyyətə görə biz - Rusiya və Fələstin bu səfər üçün yeni tarixlər təyin etmək barədə razılığa gəldik”, - diplomat söyləyib.

O xatırladıb ki, bu ilin payızında M.Abbasın Rusiyaya səfəri planlaşdırılmışdı. Ancaq bu ziyarət qeyri-müəyyən müddətə təxirə salınıb. Noyabrın 27-də Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirmişdi ki, M.Abbasın səfəri hələ razılaşdırılmayıb. Ancaq təmaslar davam edir.

Diaspora