Rusiyada uşaq bağçasında Ukrayna gerbi ilə sertifikatlar verənlər işdən çıxıblar

Rusiyada uşaq bağçasında Ukrayna gerbi ilə sertifikatlar verənlər işdən çıxıblar backend

Xabarovskda uşaq bağçasının şöbə müdiri, eləcə də bədən tərbiyəsi müəllimi uşaqlara Ukrayna gerbi olan sertifikatlar verdiklərinə görə istefa veriblər.

Qaziler.az bildirir ki, bu barədə dekabrın 12-də şəhərin meri Sergey Kravçuk məlumat verib.

Pionerbol yarışından sonra uşaqlara Ukrayna simvolları olan sertifikatlar təqdim olunub. Hadisə mediada və sosial şəbəkələrdə geniş şəkildə işıqlandırılıb.

Kravçukun dediyinə görə, bədən tərbiyəsi müəllimi sertifikatları internetdən tapıb çap edib, sonra onları şöbə müdirinin yanına apararaq möhür vurduub. Şəhər meri qeyd edib ki, hər iki qadın sertifikatlarda təsvir olunanları dərindən araşdırmayıb. O əlavə edib ki, bu, təhsil işçiləri üçün qəbuledilməzdir.

“122 saylı uşaq bağçasının şagirdlərindən və onların valideynlərindən üzr istəyirəm. Yeni sertifikatlar verilib. Hadisəyə görə öz məsuliyyətini dərk edən uşaq bağçasının müdiri və tərbiyəçi istefa ərizəsi yazıblar”, - deyə şəhər rəhbəri özünün Teleqram kanalında yazıb.

Hazırda hadisənin baş vermə şəraiti dəqiqləşdirilir. Kravçuk Xabarovskdakı uşaq bağçalarında vətənpərvərlik tərbiyəsi ilə bağlı əlavə tədbirlər keçirəcəyini vəd edib.

QAZİLER.AZ

Diaspora