Ukraynada Silahlı Qüvvələrinin tərəfində döyüşən milliyətcə ispan olan döyüşçü ölüb.
Qaziler.az TASS-a istinadən xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.
İdarədən qeyd edilib ki, İspaniya vətəndaşının ailəsi ölümlə bağlı məlumatlandırılıb, səlahiyyətlilər yaxınları ilə əlaqə saxlayır. Onlar dəqiq nə baş verdiyini açıqlamayıblar.
ABC telekanalının məlumatına görə, söhbət 26 yaşlı Kataloniya sakinindən gedir. Həmin şəxsin Ukraynaya necə gəldiyi barədə məlumat yoxdur. Məlumdur ki, 2022-ci ilin mayında 12 ispan Beynəlxalq Ərazi Müdafiəsi legionuna qoşulub.
QAZİLER.AZ