ABŞ-nin Suriyada neft yatağı yaxınlığındakı bazası raket atəşinə tutulub

ABŞ-nin Suriyada neft yatağı yaxınlığındakı bazası raket atəşinə tutulub backend

Suriyanın Deyr əz-Zor əyalətindəki Əl-Ömər neft yatağının yaxınlığında yerləşən ABŞ-nin hərbi bazası raket hücumlarına məruz qalıb.

Bu barədə yerli radiostansiya hadisə şahidlərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, ABŞ-nin hərbi obyektində bir neçə güclü partlayış səsi eşidilib.

Xatırladaq ki, bundan əvvəl ABŞ-nin Əl-Cəbsa neft yatağı yaxınlığında (Həsəkə vilayətinin cənubu) Əl-Şəddadidə yerləşən daha bir hərbi bazasına raket sistemlərindən atəş açılıb.

Verilən məlumata görə, hərbi hədəflərə edilən hücumlara görə məsuliyyəti “İraqın İslam Müqaviməti” hərəkatı öz üzərinə götürüb. (oxu.az)

Mənbə: TASS

Diaspora