Paradda Argentinanın yeni prezidentinə butulka atıldı - VİDEO

Paradda Argentinanın yeni prezidentinə butulka atıldı -  VİDEO backend

Argentinanın yeni seçilmiş prezidenti Xavyer Mileyə parad zamanı butulka atılıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Argentinanın yeni seçilmiş prezidenti Xavyer Miley inauqurasiya mərasimindən sonra Buenos-Ayres küçələrində keçirilən parad zamanı ona şüşə butulka atıb.

Həmin an videoya çəkilərək Daily Mail tərəfindən yayımlanıb.

Miley və bacısı Karina prezident malikanəsinə qədər gediblər. Bildirilir ki, şüşə məmurun boynuna dəyib. Ona tibbi yardım göstərilib.

Polis şüşəni atan şəxsin 51 yaşlı Qaston Merkanzini olduğunu müəyyən edib. Lakin onun həbsi üçün heç bir səbəb görməyiblər. “Heç bir ittiham irəli sürülməyib, heç bir inandırıcı dəlil tapılmadı, yalnız şübhələr var. Polis hadisə yerində olan insanlardan soruşduqda onlar heç nə görmədiklərini deyiblər”, – Argentina paytaxtının polis rəisi Valdo Voff deyib.

Merkanzini dindirildikdən sonra sərbəst buraxıldı. Məlum olub ki, iyul ayında o, bir nəfərə hücum etdiyinə görə saxlanılsa da, sonradan həbsdən azad edilib.

Xavyer Miley dekabrın 10-da Argentina prezidenti vəzifəsinin icrasına başlayıb.

QAZİLER.AZ

Diaspora