İsrail HƏMAS döyüşçülərinə müraciət etdi: Öz həyatınızı xilas edə bilərsiniz

İsrail HƏMAS döyüşçülərinə müraciət etdi: Öz həyatınızı xilas edə bilərsiniz backend

Dekabrın 11-də İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, Qəzza zolağında təslim olan Fələstinin HƏMAS hərəkatının döyüşçülərinin həyatı xilas ediləcək.

“Kim təslim olarsa, o, sağ qalacaq” deyə "The Times of Israel" onun sözlərindən sitat gətirir.

Nazir əlavə edib ki, son günlər HƏMAS-ın yüzlərlə silahlısı İsrail qüvvələrinə təslim olub. O, təslim olan döyüşçülər arasında oktyabrın 7-də İsrailə hücumda və ölkənin cənubunda dinc əhalinin öldürülməsində iştirak edənlərin də olduğuna diqqət çəkib.

“Mən batalyon komandirlərini təslim olmağa çağırıram və siz öz həyatınınızı xilas edə bilərsiniz. HƏMAS-ın Qəzza zolağındakı rəhbəri Yəhya Sinvarın və hər bir yüksək rütbəli komandirin taleyi eynidir - ya təslim ol, ya da öl. Üçüncü variant yoxdur”, - deyə Qalant fikrini yekunlaşdırıb.

QAZİLER.AZ

Diaspora