Rusiyanın Ukraynada apardığı müharibənin əvvəlində Vladivostokdan qaçaraq qaçqın statusu almaq üçün bu Cənubi Koreyaya müraciət edən Rusiya vətəndaşı çətənə yetişdirdiyinə görə həbs edilib.
Qaziler.az bildirir ki, bu barədə “The Korean Herald” (KH) məlumat yayıb.
20 yaşlı rusiyalı Ulsanda yaşayış kompleksində öz evində bitki yetişdirməkdə ittiham olunur. Narkotiklərlə Mübarizə Şöbəsinə şübhəlinin cinayətdə əli olması barədə məlumat daxil olub və 5 aylıq araşdırmalardan sonra noyabrın 27-də həbs edilib.
Qeyd olunur ki, hazırda mümkün cinayət ortaqlarının və yayılma marşrutunun müəyyən edilməsi istiqamətində əlavə araşdırma aparılır.
Cənubi Koreyada çətənə yetişdirilməsi 5 ilə qədər həbs və ya 50 milyon von (təxminən 3,5 milyon rubl) məbləğində cərimə ilə cəzalandırılır.
QAZİLER.AZ