Xartumda Beynəlxalq Qızıl Xaç Komitəsinin karvanına hücum edilib

Xartumda Beynəlxalq Qızıl Xaç Komitəsinin karvanına hücum edilib backend

Sudanın paytaxtı Xartumda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) humanitar yardım karvanına hücum edilib.

Qaziler.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, BQXK-nın verdiyi bəyanatda deyilir: “BQXK humanitar yardım karvanına qəsdən edilən hücumdan şoka düşüb və dəhşətə gəlib”.

Hücum zamanı 2 nəfər ölüb, 3-ü BQXK əməkdaşı olmaqla 7 nəfər yaralanıb.

Sudanın paytaxtı Xartumun şimalındakı Əl-Şəcərə məhəlləsində BQXK-nın 3 maşın və 3 avtobusdan ibarət humanitar yardım karvanı hücuma məruz qalıb. Hücum nəticəsində 3-ü BQXK-nın əməkdaşı olmaqla 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

BQXK-nın hücumla bağlı verdiyi açıqlamada “Qırmızı Xaç emblemi olan 3 BQXK avtomobili və 3 avtobusdan ibarət humanitar yardım karvanı yüzdən çox müdafiəsiz mülki vətəndaşı təxliyə etmək niyyətində idi. Humanitar əməliyyat münaqişə edənlər tərəfindən tələb edilib və koordinasiya edilib; “Tərəflər bu məsələdə razılığa gəliblər və lazımi təhlükəsizlik təminatlarını veriblər”.

BQXK-nın Sudan Nümayəndəliyinin rəhbəri Pierre Dorbes hücumla bağlı açıqlamasında deyib: “Bu hücum qəbuledilməzdir və hamımız çox kədərlənirik. Beynəlxalq humanitar hüquq çərçivəsində hörmət edilməli və qorunmalı olan Qızıl Xaç embleminə bu hörmətsizlik məni şoka saldı. Bizim vəzifəmiz bu mülki insanları təhlükəsiz yerə aparmaq idi. Əksinə, faciəli şəkildə həyatlar itirildi.Qəlbim ölən insanların yaxınlarının yanındadır və ümid edirik ki, yaralılar tam sağalacaqlar".

QAZİLER.AZ

Diaspora