Finlandiya bu şərtlə Rusiya ilə sərhədi aça bilər

Finlandiya bu şərtlə Rusiya ilə sərhədi aça bilər backend

Rusiya ilə sərhəddə vəziyyət normallaşarsa, Finlandiya keçid məntəqələrini açacaq.

Qaziler.az-ın məlumata görə, Aamulenti qəzeti xəbər verir ki, bunu dekabrın 11-də ölkənin xarici işlər naziri Elina Valtonen bildirib.

Baş diplomat qeyd edib ki, hazırda Rusiya-Finlandiya sərhədində sakit vəziyyət hökm sürür. Valtonenin sözlərinə görə, sərhəddəki hadisələr gündəlik izlənilir. Sakit şərait Laplandiya, Kaynuu və Şimali Kareliyada da müşahidə olunub.

Finlandiya Vainikkala ilə dəmir yolu əlaqəsi istisna olmaqla, şərq sərhədini tamamilə bağlayıb. Qərar dekabrın 13-dək qüvvədədir.

QAZİLER.AZ

Diaspora