Amerikalı komediya ustası Kris Rok və onun bir neçə şoumen həmkarı 7 yanvar 2024-cü ildə Qızıl Qlobus mərasiminə aparıcılıq etməkdən imtina ediblər.
Bu barədə CNN öz mənbəsinə istinadən məlumat yayıb.
“Artıq iki dəfə “Oskar” mükafatı təqdim edən Kris Rok yanvarın 7-də mərasimə aparıcılıq etmək təklifindən imtina edənlərdən biri olub”, - deyə telekanal bildirib.
Həmçinin, telekanalın məlumatına görə, mərasimə amerikalı aktrisa və stend-up komediyaçısı Eli Vonq və “SmartLess” podkastının aparıcıları Ceyson Beytman, Şon Hayes və kanadalı aktyor Uill Arnett aprıcılıq etməkdən imtina ediblər.
QAZİLER.AZ