Ukraynanın keçmiş prezidenti Leonid Kuçma ruslarla ukraynalıların mentalitetini müqayisə edib. Onun fikrincə, rus xalqının düşüncə tərzi monqollardan, Ukrayna xalqı isə Kiyev Rusundan gəlib.
Qaziler.az xəbər verir ki, bu haqda Kuçmanın “The Guardian”a verdiyi müsahibədə qeyd edilib. O, bildirirb ki, bu, 24 fevral 2022-ci ildən sonra yerli sakinlərin müqavimətinə səbəb olub.
“Ukrayna keçən il Rusiyaya niyə müqavimət göstərdi” sualına cavabında o, “ruslar ukraynalı deyil, onların mentaliteti fərqlidir” deyib.
Kuçmanın fikrincə, Rus düşüncə tərzi erkən Muskoviyanı idarə edən monqollardan qaynaqlanır. Ukrayna isə əksinə, IX əsrin pravoslav knyazlığından olan Kiyev Rusundan çıxıb. Onun nöqteyi-nəzərindən Vladimir Putin məhz bu mirasa iddia edir.
QAZİLER.AZ