Rusiyada əsas Yeni il ağacı Moskva yaxınlığındakı Şelkovo şəhərinin Novopareevo kəndində kəsilib. Dekabrın 13-ü axşam o, Kremlə çatdırılacaq.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu haqda Rusiya Federasiyası Prezidentinin Baş Əməliyyat İdarəsinin rəhbəri Anatoli Koçanov açıqlama verib.
“Bu tədbirdə iştirak edən hər kəsə böyük təşəkkürümü bildirmək istəyirəm. Yeni ildə hər kəsə uğurlar və ən yaxşısını arzulayıram. Yeni iliniz mübarək!”, - Koçanov deyib.
Hündürlüyü 25 metr olan 84 yaşlı ladin ağacı onlarla variant arasından seçilib. Yeni il ağacı dekabrın 22-dək artıq bəzədiləcək.
QAZİLER.AZ