Navalnının saxlanıldığı koloniya ilə əlaqə kəsilib

Navalnının saxlanıldığı koloniya ilə əlaqə kəsilib backend

Rusiyada koloniyada cəza çəkən müxalifətçi Aleksey Navalnı dekabrın 6-dan əlaqəni kəsib. Koloniya elektrik enerjisi problemləri ilə bağlı hər şeyi izah edib.

Qaziler.az bildirir ki, məlumatı “Ostorojno, novosti” teleqram kanalı yayıb.

Kanal qeyd edib ki, siyasətçinin videobağlantı vasitəsilə məhkəmə iclaslarına qatılmasına və vəkillərə onunla görüşə icazə verilmir. Navalnının tərəfdaşları altı gündür ki, onun necə olduğunu bilmirlər.

Kanal bildirir ki, Kovrovski məhkəməsi Navalnının cəza kamerasına salınması ilə bağlı koloniyaya qarşı iddialarına baxır. Bu zaman məhbus adətən onlara videobağlantı vasitəsilə qoşulur, lakin son vaxtlar koloniya elektrik enerjisində problemlərin olduğuna görə əlaqə saxlamaq mümkün olmadığını iddia edib.

QAZİLER.AZ

Diaspora