Rusiyada yeniyetmə xüsusi məharətlə Polşaya keçib

Rusiyada yeniyetmə xüsusi məharətlə Polşaya keçib backend

Rusiyada yeniyetmə Şengen vizası almaq üçün Kalininqrad vilayətindən Polşaya qaçıb. Polşa sərhədçiləri onu saxlayıb Rusiyaya qaytarıblar.

Qaziler.az xəbər verir ki, bu haqda “Amber Mash” teleqram kanalı məlumat yayıb.

Kanalın yazdığına görə, 15 yaşlı məktəbli valideynlərindən xəbərsiz təkbaşına Baqrationovsk şəhərinə gedib. Orada qayayadırmanma bacarığı sayəsində Rusiya-Polşa sərhədində quraşdırılmış hasarın üstündən çıxıb. Daha sonra yeniyetmə Polşa gömrükçülərinə müraciət edərək viza almaq üçün kömək istəyib.

Sənədlər yoxlanıldıqdan sonra tələbə Rusiya ərazisinə göndərilib. O, hazırda müvəqqəti yaşayış mərkəzindədir və valideynləri gələnə qədər orada saxlanılır.

QAZİLER.AZ

Diaspora