Üçüncü dünya müharibəsinin qarşısını almaq üçün maksimum səy göstərmək lazımdır. Trend-in "Star TV" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.
Onun sözlərinə görə, hazırda belə təhlükə yoxdur, çünki ölkələrin danışıqlar üçün bütün imkanları var: "Əgər beynəlxalq hüququn prinsipləri pozulmağa davam edərsə, gələcəkdə nəyin baş verəcəyini əvvəlcədən demək çətindir".
Ə.Davudoğlu qeyd edib ki, Türkiyə hər hansı münaqişə tərəfi deyil və buna da çalışmır.