Moskvada Rusiya lideri Vladimir Putinin qarşıdan gələn prezident seçkilərində namizədliyinin irəli sürülməsi ilə bağlı Ümumrusiya Xalq Cəbhəsinin toplantısı keçirilib.
QAZILER.AZ Publika.az-a istinadən xəbər verir ki, iclas zamanı onun komandasının tərkibi formalaşdırılıb.
“Qrupa Vahid Rusiya Baş Şurasının katibi Andrey Turçak, 52 saylı Moskva xəstəxanasının baş həkimi Mariana Lısenko, Kurçatov İnstitutunun prezidenti Mixail Kovalçuk, aktyor Vladimir Maşkov, Rusiya Federasiyasının Qanunvericilik Məclisinin sədri Artem Coqa, Donetsk Xalq Respublikası, müğənni Polina Qaqarina, rus sənayeçiləri və sahibkarlar birliyinin rəhbəri Aleksandr Şoxin daxildirlər”, - məlumatda qeyd olunur.
Bildirilir ki, bu, Putinin komandasının yalnız bir hissəsidir.
Xatırladaq ki, RF Federal Şurasının qərarı ilə Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilmişdi. Daha sonra ölkənin MSK ümumxalq səsverməsinin 15-17 mart da daxil olmaqla 3 gün davam edəcəyini açıqlayıb. Dünən isə Putin seçkilərdə namizədliyini irəli sürmək niyyətini açıqlayıb