AXTAR...
Publika.az
Pub
Yeni Zelandiya Hava Yolları, 2026-cı ildən etibarən yük daşımaları üçün elektrik təyyarələrindən istifadə edən ilk hava yolu şirkəti olmağı hədəf aldığını açıqlayıb.
QAZILER.AZ. Publika.az-a istinaden xəbər verir ki, təyyarə ilkin olaraq paketlərin və məktubların ölkə daxilində çatdırılması üçün istifadə olunacaq.
Yeni Zelandiya Hava Yollarının Davamlı İnkişaf üzrə rəhbəri Kiri Hannifin bildirib ki, məqsəd kommersiya uçuşlarında yeni nəsil təyyarələrdən istifadə edən ilk hava yolu şirkəti olmaqdır.
Aviaşirkətin məlumatına görə, uzunluğu təxminən 12 metr və çəkisi 3 ton olan bu model bir sınaq uçuşu ilə 480 kilometr məsafə qət edib. Təyyarə saatda 270 km sürət yığa bilir və 3 min metrə qədər yüksəklikdə uçur. Təyyarə uçuşa yararlılıq sertifikatını aldıqdan sonra təxminən 150 kilometr ilkin uçuşlar üçün istifadə olunacaq.