ABŞ şirkətləri orta hesabla hər il kompüter təhlükəsizliyinin təminatına 15 milyon dollar vəsait xərcləyir. QAZİLER.AZ-ın RİA “Novosti” agentliyinə istinadən məlumatına görə, bu barədə “Ponemon Institute” Tədqiqatlar İnstitutunun hesabatında deyilir.
Bu araşdırmalar ABŞ-da yerləşən 58 müəssisədə aparılan sorğulara və onların kompüter təhlükəsizliyinə xərclədiyi xərclərə əsaslanıb.Qeyd olunur ki, ötən illə müqayisədə şirkətlərin kompüter təhlükəsizliyinə xərcləri 20 faiz, “Ponemon Institute”nin 2010-cu ildə hazırladığı ilk hesabatla müqayisədə isə xərclər 80 faiz artıb.