BMT keçmiş ukraynalı deputat İlya Kivanın Moskva vilayətində qətlə yetirilməsini şərh edərkən bildirib ki, məhkəməsiz edamlar insan hüquqlarının ciddi şəkildə pozulmasıdır.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq bildirib.
“Biz mediada bu hadisə ilə bağlı xəbərləri görmüşük və başa düşürük ki, araşdırma başlayıb. Sizə xatırlatmaq istərdim ki, məhkəmədənkənar, qısamüddətli və ya özbaşına edamlar insan hüquqlarının ciddi pozulmasıdır”, - BMT nümayəndəsi deyib.
Qeyd edək ki, İlya Kiva dekabrın 6-da Moskva vilayətinin Odintsovo rayonunda öldürülüb.
QAZİLER.AZ