Finlandiya hökuməti Rusiya ilə sərhəddə nəzarət-buraxılış məntəqələri ilə bağlı vəziyyəti inkişaf etdirmək üçün iki variantı nəzərdən keçirir. Onlardan biri bir və ya bir neçə keçid məntəqəsinin açılmasını, digəri isə hazırkı vəziyyəti dəyişməz buraxmağı nəzərdə tutur.
Qaziler.az xəbər verir ki, bu barədə “Helsingin Sanomat” nəşri məlumat yayıb.
Nəşr bu qərarın dekabrın 12-də veriləcəyini iddia edir.
Nəşr qeyd edir ki, Finlandiya hökuməti bir və ya bir neçə keçid məntəqəsinin açılması imkanını nəzərdən keçirir.
Qəzetin mənbələri iddia edir ki, bu gün milli təhlükəsizlik baxımından sərhədin tamamilə bağlı saxlanmasına heç bir əsas yoxdur.
QAZİLER.AZ