ABŞ Suriyada uçuşsuz zona yaratmayacaq

ABŞ Suriyada uçuşsuz zona yaratmayacaq backend

“Rusiya ilə qarşıdurma təhlükəsi ABŞ-ın hazırda Suriyada uçuşsuz zona yaratmaq məsələsinə baxmamasının əsas səbəblərindən biridir”. APA-nın RİA "Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest deyib.



O bildirib ki, ABŞ-ın bir sıra bəzi müttəfiqləri, o cümlədən Türkiyə uçuşsuz zonanın Türkiyə sərhədi boyunca, əsasən də Suriyanın şimal və şimal-şərq ərazilərində yaradılmasını təklif edib: “Bəziləri isə belə bir zonanın ölkənin qərbində Əsəd qüvvələri ilə müxalif qüvvələrin müharibə apardığı ərazidə yaradılmasını təklif edirlər. Bu zonanın hansı formada yaradılması barədə suala gəldikdə, əgər bu, Dəməşq yaxınlığında, İdlib vilayətinə yaxın zonada olsa, Rusiya ilə qarşıdurma ilə nəticələnə bilər. Rusiya təyyarələrinin uçduğu ərazidə qadağan olunmuş zona yaratmağa cəhd etmək münaqişəyə səbəb ola bilər”.

Ağ ev rəsmisi həmçinin qeyd edib ki, bu addım ciddi resurslar, xüsusilə çoxsaylı hərbi təyyarələr, hərbi heyət, texniki işçi, axtarış-xilasetmə briqadası tələb edir.

Bundan başqa, o bildirib ki, ABŞ Müdafiə Nazirliyi daha əvvəl Suriyada qabaqcıl müdafiə sistemlərinin mövcudluğu barədə xəbərdarlıq edib: “Ona görə də bu ölkədə uçuş üçün qadağan olunmuş zonaların yaradılması belə sistemlərlə qarşılaşma təhlükəsini ortaya qoyacaq”.
Diaspora