Hökumət Dövlət Dumasına “əqli gerilik” ifadəsindən qurtulmağı təklif edən qanun layihəsi təqdim edib.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, sənəd parlamentin aşağı palatasının elektron məlumat bazasında dərc edilib. Onun “intellektual zəifləmə” ifadəsi ilə əvəz edilməsi təklif edilir.
“Əqli gerilik” termini pedaqogika və psixologiya nöqteyi-nəzərindən düzgün deyil və belə diaqnozu olan uşaqların uğurlu sosiallaşması imkanlarını bilərəkdən məhdudlaşdırır. Qeyd olunan qanun layihəsi ilə əlaqədar olaraq “əqli gerilik” ifadəsinin “intellektual zəifləmə” ifadəsi ilə əvəz edilməsi təklif edilir”, - deyə izahatda qeyd olunub.
QAZİLER.AZ